Nyu-Yorkun hazırkı meri Erik Adams yenidən İsrailə səfər edərək verdiyi açıqlamalarla gündəmə gəlib. O, Qüdsdə Ağlama Divarını ziyarət edərkən "Sizə mer kimi xidmət etdim" deyərək İsrailə xidmət etdiyini bildirib.
Far.Az xəbər verir ki, Adams bu səfəri 2023-cü ildən sonra ikinci dəfə həyata keçirib. O, həmçinin Nyu-Yorkdakı yəhudi icmasının, seçkilərdə qalib gələn Zohran Məmdaninin rəhbərliyi dövründə çətinliklərlə üzləşə biləcəyini iddia edib və icmanı "hazırlıqlı olmağa" çağırıb.
Qeyd edək ki, Adams 4 noyabrda keçirilən seçkilərdə müstəqil namizəd Zohran Məmdaniyə məğlub olub və 2026-cı ilin yanvarında vəzifəsini təhvil verəcək.