AZ

Azərbaycanla sülhə əngəl olanlar parlamentdən qovulur...


Məlum həqiqətdir ki, Cənubi Qafqazda uzunmüddətli sabitliyin əsas şərtlərindən biri Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasıdır.

Son illərdə sülh istiqamətində ciddi irəliləyişlər olsa da, Ermənistanın daxili siyasi mühitində radikal, revanşist və konstruktiv dialoqa qarşı olan qüvvələr bu prosesi çətinləşdirən əsas amillərdən biri kimi qalır. Bu qüvvələrin təsir imkanları daxili siyasi rəqabət, ideoloji yanaşmalar və regional güclərin interesləri fonunda daha aydın görünür. Amma proseslərin gdişi həm də onu tədiq edir ki, indi Ermənistanın öz daxilində belə qüvvələrə qarşı sərt addımlara start verilir. Xüsusən də gələn il keçriləcək parlament seçkilərində revanşist qüvvələrə daha sarsıdıcı zərbələrin vurulması gözlənilir.

Baş verənlərlə bağlı “armenianreport” portalı yazır: “Ermənistanın baş naziri Nikol Paşinyanın “parlamentin xarici təsir0 agentlərindən azad edilməsi” zərurəti ilə bağlı bəyanatları müxalifətə qarşı növbəti siyasi hücumdan daha çox şeyi özündə ehtiva edir. Bu yanaşmalar ölkədəki istənilən tənqidi qüvvələri “xarici”, “düşmən” və ya “kənardan idarə olunan” kimi göstərmək məqsədi daşıyan uzunmüddətli təbliğat strategiyasının bir hissəsidir. Lakin məhz 2018-ci ildən sonra Ermənistanın özü elə vəziyyətə düşdü ki, onun xarici təsir mərkəzlərindən asılılığı daha da artdı – ilk növbədə Paşinyanın öz qərarları sayəsində. Baş nazir bəyan edib ki, 2026-cı il parlament seçkiləri qanunverici orqanı əvvəlki liderlər Robert Köçəryan və Serj Sarkisyanla əlaqəli siyasi qüvvələrdən “təmizləmək” üçün şans olacaq. Lakin bu ritorika mühüm detalı gizlədir: “keçmişlə” mübarizə adı altında Paşinyan metodik şəkildə siyasi plüralizmi sıradan çıxarır, həqiqi debatları “agentlər” etiketləri ilə əvəz edir. Bu məntiq avtoritar sistemlər üçün xarakterikdir, burada hər hansı fərqli fikir təhdid kimi şərh edilir və demokratik seçkilər institutunun özünü sarsıdır. Köçəryan və Sarkisyanın tərəfdarlarını müzakirə etməzdən əvvəl baş nazirin özünün kimin təsiri altında olduğunu aydınlaşdırmağa dəyər. Bu sual Ermənistan cəmiyyətində getdikcə daha çox səslənir, çünki Paşinyanın son illərdə verdiyi əsas qərarlar müstəqil kursu deyil, daha çox xarici oyunçulara güzəştlər silsiləsi - Ermənistanın mövqelərini zəiflədən və onun milli təhlükəsizliyini sarsıdan güzəştlər kimi görünür. Onların səbəblərini uzun-uzadı müzakirə etmək olar - böhranları idarə edə bilməmək, şəraitin təzyiqi, siyasi sadəlövhlük, strateji düşüncənin olmaması və ya nəyin bahasına olursa olsun hakimiyyətdən yapışmaq cəhdi. Amma bunun nəticələri ilə heç kim mübahisə etmir: məhz Paşinyanın dövründə Ermənistan misli görünməmiş məğlubiyyətlərə uğradı, Qarabağ üzərində faktiki nəzarəti itirdi və sonra cəmi bir neçə il əvvəl qeyri-mümkün hesab edilən ərazi reallıqlarını etiraf etməyə məcbur oldu.Ona görə də “Paşinyan kimin agentidir?” sualı gündəmə gəlib, bu, sadəcə emosional ittiham deyil. Bu, hadisələrin gedişatının təhlilidir: Ermənistan hakimiyyətinin qərarları kimə sərfəlidir, kim uduzur. Hələlik nəticə aydındır: başqaları qalib gəlir, Ermənistan isə uduzur. Qarabağın keçmiş “liderləri” haqqında yekun hökm tezliklə Bakıda elan olunacaq. Onları ömürlük həbs gözləyir. Bütün bunlar fonunda Paşinyan müxalifəti “bir ölkədən” asılı olmaqda ittiham edir, lakin o, özü nümayişkaranə şəkildə xarici etalonların balansını saxlamağa imkan verən mexanizmi dağıdıb. Cəsarət heyrətamizdir! Axı ATƏT-in Minsk qrupu formatı nə qədər mükəmməl olmasa da, Ermənistana çoxvektorlu yanaşma və kompromis axtarmaq imkanı verdi.

Bu məntiqdən əl çəkəndən sonra Ermənistan özünü “azad seçim”də deyil, daha dar xarici siyasət dəhlizində tapdı: real alternativlərin olmaması ilə daha güclü oyunçuların tələblərinə uyğunlaşma zərurəti arasında. İndi də Paşinyan bunu “suveren siyasət” adlandırır. Lakin suverenlik məcburi güzəştlər zənciri deyil, müstəqil strategiya formalaşdırmaq bacarığıdır. Paşinyanın parlamentdəki bəyanatları əsas motivi ortaya qoyur: müxalifəti xarici mərkəzlərə bağlı “düşmən strukturu” kimi qələmə vermək. Amma son illərin daxili siyasətinə nəzər salsaq, hədəfdə təkcə keçmiş hakimiyyət deyil, həm də hər hansı tənqidi qüvvələr – analitiklərdən, ekspertlərdən tutmuş, ictimai təşkilatlara qədər də olduğu aydın olur. Bu arada, ölkənin kimliyinin əsas sütunlarından biri olan Erməni Apostol Kilsəsi Paşinyan tərəfindən “islahat düşməni” və sistemli təzyiq hədəfi elan edilib. Müxalifət repressiv tədbirlərə və nüfuzdan salmağa məruz qalır. Siyasi etirazların ənənəvi olaraq formalaşdığı küçələr təsir alətlərində məhduddur. Arqumentlərlə təkzib edilə bilməyən ifadələr “dezinformasiya” və ya “xarici təsir” kimi rədd edilir. Baş nazir isə “saf siyasət”dən danışarkən, əslində onun səlahiyyətinə qarşı heç bir real əks çəkinin olmadığı parlamenti nəzərdə tutur”. Bütün bunla həm də o deməkdir ki, gələnilki parlament seçkilərində revanşist qüvvələrin qanunverici orqandan təmzilənməsi nəzərdə tutulur. Bu hal sülh prosesinin tezləşməsinə də imkan vermək iqtiarındadır. Bir daha qeyd edək ki, Ermənistanda radikal qüvvələrin sülh prosesinə mane olması həm siyasi, həm ideoloji, həm də psixoloji amillərin kompleksindən qaynaqlanır. Bu qüvvələr daxili siyasi rəqabət və xarici təsirlərdən istifadə edərək kompromis imkanlarını məhdudlaşdırır. Lakin eyni zamanda, həm Ermənistan, həm də region üçün sülhün gətirəcəyi iqtisadi və təhlükəsizlik üstünlükləri getdikcə daha çox müzakirə olunur və praqmatik yanaşmanın güclənməsi perspektivini artırır.

Nahid SALAYEV

Seçilən
343
39
baki-xeber.com

10Mənbələr