Azərbaycan karateçiləri Türkiyənin Çanaqqala şəhərində keçirilən "Dardaneles Karate Championship" turnirində uğurlu çıxış ediblər.
Fanat.Az xəbər verir ki, Azərbaycan Karate Federasiyasından verilən məlumata görə, Məhəmməd Kazımlı qızıl medal qazanıb.
Qəhrəman Rzaquliyev gümüş, Hüseyn Babayev bürünc medalla kifayətlənib.
Azərbaycan təmsilçiləri yarışa məşqçi Asiman Qurbanlının rəhbərliyi ilə qatılıblar.