AZ

ABŞ-ın Maduroya qarşı əməliyyata resursu çatmaz – CNN

Musavat.com xəbər verir ki, ABŞ-ın Venesuela prezidenti Nikolas Maduronu hakimiyyətdən kənarlaşdırmaq üçün hərbi əməliyyat aparmaq imkanlarının kifayət etmədiyi bildirilir.

CNN-in məlumatına görə, əgər ABŞ prezidenti Donald Tramp belə bir əməliyyata göstəriş versə, Vaşinqton həm daxildə ciddi siyasi qarşıdurma ilə üzləşə, həm də Venesuelada vəziyyəti daha da gərginləşdirə bilər.

Mənbələr qeyd edir ki, Trampın əmri ABŞ daxilində siyasi parçalanmanı daha da dərinləşdirə, Venesuelada isə müxalifət qüvvələri arasında parçalanma, eləcə də hərbi çevriliş riskinin artması kimi təhlükəli ssenarilərə yol aça bilər.

Xatırladaq ki, Tramp administrasiyası 2020-ci ildə ABŞ-ın “mənasız və baha başa gələn xarici müharibələrdən uzaq duracağını” bəyan etmişdi. Lakin hazırkı gərginlik fonunda Venesuela istiqamətində mümkün hərbi müdaxilə mövzusu yenidən gündəmdədir. 

 

Musavat.com

Seçilən
374
4
musavat.com

10Mənbələr