BAKI, 18 noyabr. TELEQRAF
DÇ-2026-nın Avropa zonası üzrə daha 6 oyunu baş tutub.
Teleqraf xəbər verir ki, günün əsas matçı A qrupunda Almaniya və Slovakiya arasında keçirilib.
Almanlar doğma meydanda rəqibini 6:0 hesabı ilə darmadağın edərək qrup lideri kimi mundiala birbaşa vəsiqə qazanıb.
G qrupunda isə Niderland Litvanı evdə 4:0 məğlub edərək dünya çempionatının final mərhələsinə yüksəlib.
DÇ-2026
Seçmə mərhələ
Avropa zonası
17 noyabr
A qrupu
Şimali İrlandiya - Lüksemburq 1:0
Almaniya - Slovakiya 6:0
Xal durumu: Almaniya - 15, Slovakiya - 12, Şimali İrlandiya - 9, Lüksemburq - 0.
G qrupu
Malta - Polşa 2:3
Niderland - Litva 4:0
Xal durumu: Niderland - 20, Polşa - 17, Finlandiya - 10, Malta - 5, Litva - 3.
L qrupu
Çexiya - Cəbəllütariq 6:0
Monteneqro - Xorvatiya 2:3
Xal durumu: Xorvatiya - 22, Çexiya - 16, Farer Adaları - 12, Monteneqro - 9, Cəbəllütariq - 0.