Milli.Az xəbər verir ki, hadisədən bir neçə saat əvvəl otelin birinci mərtəbəsində yerləşən otaqda taxtabiti ilə mübarizə üçün dərmanlama aparılıb.
İstifadə edilən dərmanın tərkibində olan alüminium fosfit adlı maddənin, hamam boşluğundakı havalandırma yolu ilə ailənin otağına keçərək zəhərlənməyə səbəb olduğu ehtimal edilir.
Mütəxəssislər bildirirlər ki, alüminium fosfit çox güclü zəhərdir, xüsusilə taxtabiti və hamamböcəyi dərmanlamalarında istifadə olunur. Səhv və nəzarətsiz istifadə zamanı yüksək miqdarda zəhərlənməyə və ölümə səbəb ola bilir.
Bu maddənin panzehiri yoxdur və yalnız xüsusi təlim keçmiş şəxslər tərəfindən, tam təhlükəsizlik tədbirləri görülərək istifadə edilməlidir.
Araşdırma zamanı dərmanlamanı həyata keçirən firmanın işçisinin alüminium fosfit istifadə etmək üçün heç bir rəsmi sertifikatının olmadığı müəyyən edilib. Bu isə ehtiyatsızlıq nəticəsində baş verən faciənin əsas səbəblərindən biri kimi qiymətləndirilir.