BAKI, 18 noyabr. TELEQRAF
Böyük Britaniya hökuməti qeyri-qanuni miqrantlardan onların yaşayış xərclərini qarşılamaq məqsədilə zərgərlik məmulatlarının və digər əmlakın müsadirə olunmasını nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hökumət, maddi imkanları olan miqrantların öz saxlanma xərclərinə müəyyən şəkildə töhfə verməli olduğunu düşünür.
Daxili işlər nazirinin müavini Aleks Norris bildirib ki, tədbir şəxsi və sentimental dəyəri olan bəzi zinət əşyalarına şamil edilməyəcək. Onun sözlərinə görə, nişan və ya ailə yadigarı olan zinət əşyalarının müsadirəsi nəzərdə tutulmur və əşyalar sərhəddə alınmayacaq.
“Əgər kimsə ölkəyə bir çamadanda qızıl üzüklərlə gəlirsə, bu, şəxsi və ailəvi əşyalarla bağlı vəziyyətdən fərqli olacaq”, -Norris qeyd edib.