AZ

Daha iki yığma komanda dünya çempionatına vəsiqəni qazanıb

Bakı, 18 noyabr, AZƏRTAC

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ oyunları davam edir.

AZƏRTAC xəbər verir ki, A qrupunda Almaniya millisi Slovakiyanı 6:0, G qrupunda isə Niderland yığması Litvanı 4:0 hesabı ilə üstələyərək mundiala vəsiqə qazanıb.

Bunadək ev sahibləri ABŞ, Kanada və Meksika ilə yanaşı, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fil Dişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç və Portuqaliya DÇ-2026-nın final mərhələsində oynamaq hüququ əldə edib.

Qeyd edək ki, 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi dünya çempionatında ilk dəfə 48 komanda mübarizə aparacaq.

Seçilən
131
5
azertag.az

10Mənbələr