Metbuat.az xatırladır ki, İlkay və Yunus zədə üzündən bir neçə həftədir əsas heyətdən kənarda qalıb. Osimenin isə ən azı bir matçda komanda yoldaşlarına kömək edə bilməyəcəyi ehtimal olunur. “Qalatasay”ın və Türkiyə yığma komandasının ulduz futbolçularından olan Eren Elmalı isə mərc oyunlarına qatildiğı üçün əsas heyətdən kənarlaşdırılıb.
Baş məşqçi Okan Burukun bu həftə “Gənclərbirliyi” ilə İstanbulda oynayacaqları qarşılaşmada meydana çıxacaq ilk 11-i müəyyənləşdirməkdə çətinlik çəkdiyi bildirilir.