AZ

Yuxarı Şirvan kanalının uzunluğu artırılır: Yeni su kanalının tikintisinə başlanıb

YEVLAX, 18 noyabr. TELEQRAF

Hazırda inşası davam etdirilən yeni su kanalı istismara verildikdən sonra Yuxarı Şirvan kanalının suvarma suyu ilə təmin etdiyi əkin sahələrinin hüdudları 218 min hektaraçatdırılacaq.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, Mingəçevir Su Anbarının Yevlaxın Xanaband kəndindəki hissəsindən mənbəyini götürən Yuxarı Şirvan kanalı Yevlax, Ağdaş, Göyçay, Zərdab, Ucar,İsmayıllı ,Ağsu,Şamaxı, Kürdəmir və Hacıqabul daxil olmaqla 10 rayonun 116 min hektarlıq əkin sahəsini davamlı olaraq suvarma suyu ilə təmin edir.

Yuxarı Şirvan kanalının maksimal su ötürmə qabiliyyəti saniyədə 78 kubmetr təşkil edir.

Hazırda kanalın mənbəyini götürdüy su anbarında səviyyəsi 78 metr 19 santimetrdir. Müvafiq olaraq kanalda saniyədə 34,4 kubmetr su axını təmin edilir.

Eyni zamanda dinamik templə yeni kanalda tikinti-quruculuq işləri davam etdirilir.İşlər yekunlaşdıqdan sonra Yuxarı Şirvan kanalının uzunluğu 122,2 kilometrdən 204,3 kilometrə çatdırılacaq.

Kanalın su ötürücülük imkanları da yüksələrək saniyədə 180 kubmetr həddinə çatdırılacaq. Mütəxəssislərin fikrincə,tikilməkdə olan kanal kənd təsərrüfatının yeni dirçəliş dövrünü yaşamasına yol açacaq.

Seçilən
20
teleqraf.com

1Mənbələr