AZ

Tbilisidə 30 qeyri-qanuni miqrant SAXLANILDI – VİDEO

Tbilisidə 30 qeyri-qanuni miqrant saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan hüquq-mühafizə orqanları məlumat yayıb. Tbilisidə ictimai iaşə və çatdırılma xidmətlərində çalışan 30 nəfər qeyri-qanuni miqrant saxlanılıb.

Xüsusi əməliyyat və yoxlamalar nəticəsində Hindistan, Çin, Nigeriya, Türkiyə, Pakistan, Kamerun, Sudan, Nepal, Keniya və Şri-Lankadan olan şəxslər müəyyən edilərək tutulub.

Araşdırma göstərib ki, onlar Gürcüstanda miqrasiya tələblərini pozaraq qanunsuz şəkildə yaşayırdılar.

Bütün saxlanılanlara qarşı deportasiya proseduru başladılıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
12
interpress.az

1Mənbələr