Ukraynanın Odessa vilayətindəki İzmail limanında lövbər salmış Türkiyə bayraqlı LPG gəmisi ORINDA vurulub və alovlanıb.
Publika.az xəbər verir ki, gəmiyə 4 min ton mayeləşdirilmiş təbii qaz (LPG) yüklənmişdi. Ekipajdakı 16 türk üzv təhlükəsiz şəkildə təxliyə olunub, xəsarət alan olmayıb.
Rumıniyanın Plauru kənd sakinləri partlayış təhlükəsi səbəbindən ərazidən çıxarılıb. Yanğınsöndürənlər hadisəyə müdaxilə edir.
Maraqlıdır, Rusiyanın bilərəkdən, qəsdən Türkiyə gəmisini vurması və ekipajın həyatına təhlükə törətməsi nədən xəbər verir? Üzərində Türkiyə bayrağı olan gəmini bilərəkdən vurmaq bu ölkəyə mesaj sayılırmı? Türkiyə buna hansı formada cavab verəcək?
Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız təhlükəsizlik eksperti İlham İsmayıldır. Müzakirədə tamaşaçılaırmız da iştirak edə bilər.
Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat