Kiyevdə Azərbaycan abidələrinin Rusiyanın zərbələrindən qorunması tədbirlərinə başlanılıb.
KONKRET.az xəbər verir ki, Kiyevdə və Kiyev vilayətində Azərbaycan abidələrinin ətrafında qoruyucu konstruksiyaların quraşdırılması işlərinə start verilib. Bu tədbirlər Azərbaycan səfirliyinə edilən hücumdan və Ukraynanın paytaxtına davam edən raket və pilotsuz uçuş aparatları zərbələrindən sonra həyata keçirilir.
İlk olaraq səfirliyin qarşısındakı Heydər Əliyev abidəsinin möhkəmləndirilməsinə başlanılıb. Yaxın günlərdə digər obyektlərin də qoruma ilə təmin ediləcəyi bildirilir. İşləri SOCAR-ın Ukraynadakı nümayəndəliyi həyata keçirir.
Rəsmiyyə Şərifova,
KONKRET.az