AZ

“ABŞ TRIPP ə dəstəyilə regional sabitlikdə marağını nümayiş etdirib” Ekspert

ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.

"Azərbaycan və Ermənistan arasında davamlı sülh strateji nəqliyyat təşəbbüslərinin, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinə şərait yaradacaq".

525.az xəbər verir ki, bunu "New Lines" İnstitutunun Avrasiya təhlükəsizlik və rifah məsələləri üzrə baş direktoru Kamran Boxari Azərbaycan-ABŞ beyin mərkəzlərinin birinci forumunda bildirib.

Boxari qeyd edib ki, regionda qüvvələr balansı ciddi olaraq dəyişib. Azərbaycanın 44 günlük müharibədəki qələbəsi və ərazilərini işğaldan tam azad etməsi  Ermənistanla aktiv diplomatiya üçün şərait yaradıb, region münaqişə məkanından geoiqtisadi dəhlizə çevrilmək şansı əldə edib.

Onun sözlərinə görə, burada əsas element Ermənistandan keçən, Azərbaycanın əsas hissəsini Naxçıvanla və daha sonra Türkiyə ilə birləşdirən dəhlizdir:

"Bu, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun strateji nöqtəsidir. Siyasi nizamlanma Cənubi Qafqazın sabit və etibarlı tranzit marşrutuna çevrilməsində əsas amilə çevrilir".

Ekspert davamlı sülhün vacibliyini qeyd edib. Vurğulayıb ki, Vaşinqton 8 avqust görüşündən sonra 8 TRIPP-in inkişafını dəstəkləməklə, regionda uzunmüddətli sabitliklə bağlı marağını nümayiş etdirib.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
525.az

1Mənbələr