AZ

İstanbulda İŞİD əməliyyatı - 14 nəfər saxlanılıb

Türkiyədə İŞİD silahlı terror təşkilatına pul köçürmələri ilə məşğul olan 14 şübhəli saxlanılıb.

Missiya.Az "Trthaber"ə istinadən xəbər verir ki, bu barədə İstanbul Təhlükəsizlik və Terrorla Mübarizə Müdirliyi məlumat yayıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, münaqişə bölgələrində və Türkiyə daxilində təşkilata bağlı şəxslər bəzi mesajlaşma proqramları vasitəsilə qeyri-qanuni pul köçürmələri həyata keçirib.

Ünvanlarda aparılan axtarışlar zamanı çoxlu sayda rəqəmsal material də ələ keçirilib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
11
missiya.az

1Mənbələr