AZ

“Baku Electronics” insanları aldatmağa çalışıb – Cəzalandırıldı

Antiinhisar Agentliyi “Baku Electronics”i cəzalandırıb. 

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi haqsız rəqabətə yol verən 6 təsərrüfat subyekti ilə bağlı araşdırma aparıb. İlkin yoxlamalar nəticəsində “Baku Electronics”, “ABC Telecom”, “Trust Lux” MMC-lər, eləcə də fiziki şəxslər Pərviz Quliyev, Vüsal Qurbanov və Dadaş Vəliyev barəsində qanunvericiliyin pozulması əlamətləri aşkarlanıb. Minval.info xəbər verir ki, sözügedən subyektlər barədə iş qaldırılıb və müvafiq qərarlar qəbul edilib.

Araşdırmanın yekununda müəyyən olunub ki, “Baku Electronics” “YOSHIRO” markalı məhsulların reklamında istehlakçıları çaşdıra bilən ifadələrdən istifadə edib. Məhsulların real istehsal ölkəsi Çin və Özbəkistan olsa da, reklam və qablaşdırmada “Yapon ənənəsi”, “Yapon keyfiyyəti” kimi sözlərdən istifadə edilməklə onların guya Yaponiyada istehsal olunduğu təsəvvürü yaradılıb.

Bundan başqa, məhsullar haqqında həqiqətə uyğun olmayan üstünlüklərin təqdim edilməsi haqsız reklam kimi qiymətləndirilib və bununla Rəqabət Məcəlləsinin tələblərinin pozulduğu müəyyən edilib.

Minval.info

Seçilən
74
minval.info

1Mənbələr