AZ

Fərid Şəfiyev: Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ başlayıb

Bakı, 18 noyabr, AZƏRTAC

Avqustun 8-dən sonra Azərbaycan-ABŞ əlaqələrində yeni mərhələ başlayıb.

AZƏRTAC xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, həmin gün imzalanan sənədlərin üç əsas istiqaməti var. Birincisi, Ermənistan və Azərbaycan arasında normallaşma və sülh prosesi. İkincisi, ABŞ və Azərbaycan arasında əlaqələrin inkişafı, o cümlədən strateji tərəfdaşlıq sənədinin imzalanması. Üçüncüsü isə əvvəlki iki istiqamətdən irəli gələn məqsəd, Cənubi Qafqazda sülhün bərqərar olunması, əməkdaşlığın genişlənməsi, nəqliyyat yollarının inşası və digər məsələlər.

“Bütün bu mövzular bu gün müzakirə olunacaq. Bizim təşəbbüsümüzlə təşkil olunan tədbirdə Amerikanın bir sıra düşüncə mərkəzlərinin nümayəndələri iştirak edirlər. Ümumiyyətlə, hesab edirəm ki, hazırda Amerikanın regiona marağında yenidən canlanma var. Təbii ki, bundan istifadə etmək istərdik və nəticə etibarilə həm Azərbaycan, həm də ABŞ üçün burada müvafiq siyasi və iqtisadi imkanlar mövcuddur”, - deyə F.Şəfiyev əlavə edib.

Seçilən
69
3
azertag.az

4Mənbələr