AZ

“Kontakt Home” cəzalandırıldı

“ABC Telecom” “HOFFMANN” markalı qızdırıcıların reklamında istehlakçıları çaşdırıb

Minval.info xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin apardığı araşdırma zamanı “ABC Telecom” MMC-nin (Kontakt Home) də Rəqabət Məcəlləsinin tələblərini pozduğu müəyyən edilib.

Qurumu daxil olan şikayətlər əsasında başlanan yoxlamada məlum olub ki, şirkət “HOFFMANN” markalı elektrik qızdırıcılarının satışı zamanı istehlakçıları çaşdıra bilən məlumatlardan istifadə edib. Məhsulların faktiki istehsalçısının Çin şirkəti olmasına baxmayaraq, qablaşdırmada Almaniyaya aid ifadə və vizual elementlərdən istifadə olunub.

Bu isə məhsulun guya Almaniyada istehsal olunduğu təəssüratı yaradaraq istehlakçıda yanlış məlumat formalaşdırıb və nəticədə haqsız reklam kimi qiymətləndirilib. Agentlik şirkətin bu hərəkətinin Rəqabət Məcəlləsinin tələblərinin pozulması olduğunu təsdiqləyib.

Yol verilmiş haqsız rəqabət hallarının aradan qaldırılması və bu hallara təkrar yol verməmələri barədə yuxarıda adları qeyd olunan təsərrüfat subyektlərinə icrası məcburi göstərişlər verilib.

Minval.info

Seçilən
64
minval.info

1Mənbələr