AZ

Məşhur aktyora nüfuzlu mükafat verilib

Məşhur

Hollivud aktyoru Tom Kruz karyerası ərzində ilk dəfə "Oskar" kino mükafatına layiq görülüb. O, Los-Anceles şəhərində keçirilən və əsas "Oskar" mərasimindən ayrı təşkil olunan "Governor Awards"da kino sahəsindəki xüsusi xidmətlərinə görə təltif edilib.

Reyting.az
xəbər verir ki, T. Kruz bundan öncə dörd dəfə bu nüfuzlu kino nominasiyasına mamizəd olsa da, qalib ola bilməyib.

Təqdimat mərasimində Hollivudun ulduz aktyoru emosional çıxış edib və kinematoqrafiyanın insanları daha da sıx birləşdirdiyini deyib.

T. Kruz bildirib ki, filmlərə çəkilmək onun üçün sadəcə peşə deyil, şəxsiyyətinin bir hissəsidir.

Oqtay QORÇU
Seçilən
85
1
reyting.az

2Mənbələr