AZ

Kriptovalyuta bazarı çökür

İnvestorlar son həftələrdə kriptovalyuta bazarlarından təxminən 1,1 trilyon dollar çıxarıb.

Musavat.com xəbər verir ki, rəqəmi "The Daily Telegraph" qəzeti açıqlayıb.

Nəşr qeyd edir ki, investorlar ABŞ prezidenti Donald Trampın Amerikanı "dünyanın kriptovalyuta paytaxtı" etmək ambisiyasına inamını itirib.

Qəzetin məlumatına görə, investorlar, bazarlar ABŞ iqtisadiyyatına dair 12 noyabrda başa çatan şətdaun səbəbindən təxirə salınan və "olduqca mənfi" əhval-ruhiyyədə olacağı gozlənilən məlumatların açıqlanmasına hazırlaşırlar. Nəşr qeyd edir ki, 2024-cü ilin noyabr ayında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra Tramp "rəqəmsal aktivlər sənayesində ralli yaratdı", lakin bu bum indi səngiyib.

SPI Asset Management şirkətinin analitiki Stiven İnnesin sözlərinə görə, "eyforik yüksəlişindən bir ay sonra Bitcoin ajiotajı azalır". O qeyd edib ki, qlobal bazarlar ABŞ iqtisadi məlumatlarının yaxınlaşan selindən narahat olduqları üçün "kriptovalyuta sürücü deyil, sərnişinə çevrilib".

Bitwise Asset Management şirkətinin baş investisiya direktoru Metyu Hoqanın Bloomberg-ə verdiyi məlumata görə, "pərakəndə kriptovalyuta sahəsindəki əhval-ruhiyyə olduqca mənfidir". O əlavə edib ki, investorlar "daha 50 faiz geriləmə görmək istəmirlər". Binance məlumatlarına görə, Bitcoin-in qiyməti ötən ay rekord həddə çatan 126 000 dollardan sonra 22 aprel 2025-ci ildən bəri ilk dəfə ticarət zamanı 90 000 dollardan aşağı düşüb.

Musavat.com

Seçilən
37
musavat.com

1Mənbələr