Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.
“Mən Kərimovlar ailəsinin ağsaqqalı kimi daim Əli Kərimlinin bügünkü və keçmiş fəaliyyətindən narazılığımı ifadə etmişəm.
Onun 1993-cü ildən bu günə qədər olan fəaliyyətindən narazıyam. O, dövlət katibi olanda da onun fəaliyyəti ilə bağlı ümidsiz olmuşam. Əli Kərimli mənimlə əmioğludur. Onun əməllərində qanunsuzluq görürəmsə, necə susa bilərəm?”
“Cebheinfo.az” xəbər verir ki, bunu Əli Kərimlinin əmisi oğlu Nuhəli Kərimov “Səs” TV-də bildirib.

O qeyd edib ki, Əli Kərimlinin dövlətə qarşı qərəzi var, çıxışlarında da xalqı dövlət əleyhinə qaldırmağa çalışır.
Nuhəli Kərimov Əli Kərimli və Ramiz Mehdiyevin yaxınlığı ilə bağlı məqamı da açıqlayb:
“İki qüvvə arasında bağlantı var. 2004-cü ildən Ramiz Mehdiyevin təzyiqlərinə məruz qalmışam. “Azərbaycan” nəşriyyatında otururdum, baş redaktor kimi işləyirdim. Akif Muradverdiyev Ramiz Mehdiyevin sifarişi ilə mənə binaya girişi qadağan etdi. Hələ 2003-cü il dekabrın sonlarında mənə kəndimizdən sinal gəlmişdi ki, məni oradan çıxaracaqlar.
Akif Muradverdiyev kəndimizdəki cəbhəçilərlə bir məclisdə onlara bu barədə söz veribmiş. Yanvarın 1-dən mənim nəşriyyatla müqaviləm dayandırıldı. Davamlı müraciətlərdən 6 ay sonra fəaliyyətim bərpa olundu. Başda Əli Kərimli olmaqla AXCP-nin Ramiz Mehdiyevlə yaxınlığı vardı, onlar bu vasitə ilə buna nail olmuşdular”.
N.Kərimov buna səbəb kimi daim Əli Kərimlinin fəaliyyətinə yönəlik tənqidi çıxışlarını göstərib.
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.