Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının vəAzərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərindəməsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı ƏlaqələndirməQərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilanşəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclasıkeçirilib.
Trend xəbərverir ki, iclasda çıxış edən Samir Nuriyev dövlətimizin başçısınınbirbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “BöyükQayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib.
Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası vəyenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslıişlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətliyenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühümnümunədir.
Sonra iclasın gündəliyinə uyğun olaraq, “AzərbaycanRespublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışadair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azadedilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlərbarədə məlumatlar təqdim edilib.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.