AZ

“Qarabağ”Şahrudin Məhəmmədəliyevi uzun müddətlik itirdi

BAKI, 18 noyabr. TELEQRAF

“Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Bu barədə Teleqraf-a Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Anar Hacıyev mətlumat verib.

Onun sözlərinə görə, təcrübəli qolkiper sol bud çanağından zədələnib.

Qeyd edək ki, Şahrudin Məhəmmədəliyev Azərbaycan – Fransa matçında zədələnərək oyunu davam etdirə bilməmişdi.

Seçilən
17
1
teleqraf.com

4Mənbələr