Dünyaca məşhur və ən çətin yarışmalardan olan "Survivor"un aparıcısı Murat Ceylanın addımı hər kəsi təəccübləndirib.
Ceylan Şimali Makedoniya vətəndaşlığı almaq üçün rəsmi şəkildə müraciət edib.
O, müraciətinin uğurla başa çatdığını bildirib.
Qeyd edək ki, aparıcının bu qərarı verməsinə səbəb onun ana tərəfdən Makedoniya əsilli olmasıdır. Belə ki, Ceylanın anası makedoniyalı, atası isə belarusdur.