AZ

Azərbaycanda xəbər saytlarına girişdə genişmiqyaslı problem yaşanır

Hazırda Azərbaycanda bir çox xəbər saytlarına girişdə ciddi çətinliklər müşahidə olunur.

Avtosfer.az-ın məlumatına görə, artıq bir neçə dəqiqədir ki, istifadəçilər bəzi media resurslarına daxil ola bilmir. Problemin həm kompüter, həm də mobil cihazlardan giriş zamanı qeydə alındığı bildirilir.

İstifadəçilər sosial şəbəkələrdə və müxtəlif onlayn platformalarda yazaraq bildirirlər ki, müxtəlif xəbər portallarına daxil olmaq istəsələr də, səhifələr açılmır, bəzi hallarda isə saytlar çox gec yüklənir. Çətinliklərin bir neçə populyar media saytını əhatə etdiyi qeyd olunur.

Könül

Seçilən
71
avtosfer.az

1Mənbələr