AZ

“Turan Tovuz” iki aparıcı legionerini birdən itirdi

Qarşısında çempionluq hədəfi dayanan “Turan Tovuz”un növbəti turda daha bir iddialı komandanın qonağı olacaq.

Bölgə təmsilçisi Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda “Araz-Naxçıvan”la qarşılaşacaq.

Tovuz təmsilçisi matça ciddi itkilərlə çıxacaq.

Əsas heyətin dəyişməz üzvləri Roberto Olabe ilə Roderik Miller qarşılaşmanı kənardan izləyəcək.

Buna səbəb hər iki legionerin cəzalı duruma düşməsidir. Olabe “Zirə” ilə oyunda qırmızı vərəqə alıb, Miller isə sarı vərəqə limitini doldurub.

Noyabrın 22-də keçiriləcək görüş saat 15:00-da başlayacaq.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
17
sportinfo.az

1Mənbələr