AZ

Dünyada, o cümlədən Azərbaycanda saytlara girişdə problem yaşanır - RƏSMİ AÇIQLAMA

"Hazırda qlobal kibertəhlükəsizlik xidmətləri göstərən "Cloudflare" şirkətinin qlobal şəbəkəsində genişmiqyaslı texniki problem müşahidə olunur. Bu nasazlıq nəticəsində ölkəmizdə də bir sıra internet resurslarının fəaliyyətində fasilələr yaranıb və xidmətlərə əlçatanlıq məhdudlaşıb".

Moderator.az xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin (ETX) yaydığı açıqlamada deyilir.

"Bir daha qeyd edirik ki, yaranmış problem lokal infrastruktur və ya milli internet şəbəkəsi ilə bağlı deyil. Çətinlik birbaşa "Cloudflare"in beynəlxalq şəbəkəsində baş verən texniki nasazlıqdan qaynaqlanır və bütün dünyada çoxsaylı istifadəçilərə təsir göstərir.

Məlumat üçün bildirək ki, nasazlıqla bağlı "Cloudflare" də açıqlama yayıb. Açıqlamaya görə, şirkət hazırda bir neçə müştəriyə təsir edən qlobal səviyyəli nasazlığı araşdırır və aradan qaldırılması istiqamətində iş görür", - məlumatda bildirilir.

16:10

Hazırda beynəlxalq internet təhlükəsizlik və şəbəkə infrastruktur şirkəti olan Cloudflare platformasında baş verən texniki nasazlıq nəticəsində bir sıra ölkələrdə, o cümlədən Azərbaycan, Gürcüstan və Ermənistan da fəaliyyət göstərən veb-saytlara girişdə geniş miqyaslı problemlər müşahidə olunur.

Moderator.az xəbər verir ki, istifadəçilər sosial şəbəkələrdə və texnoloji forumlarda saytların yüklənməməsi, səhifələrin açılmaması və ümumi bağlantı problemləri ilə bağlı şikayətlərini paylaşırlar.

Mütəxəssislər problemin Cloudflare-in qlobal şəbəkəsində baş verən nasazlıqla əlaqəli olduğunu bildirirlər. Şirkətin xidmətlərindən istifadə edən saytlar hazırda ya tamamilə əlçatmazdır, ya da çox yavaş işləyir.

Qeyd edək ki, Cloudflare dünyanın aparıcı təhlükəsizlik və performans təminatçılarından biri olaraq 13,000-dən çox provayderlə birbaşa bağlantıya malikdir və bu cür nasazlıqlar qlobal miqyasda ciddi təsir göstərə bilir

Seçilən
52
33
moderator.az

10Mənbələr