Bakı.Trend:
Noyabrın 18-də Xocalı rayonunun Seyidbəyli kəndinə növbəti köçbaş tutub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, bu mərhələdə Seyidbəyli kəndinə 36 nəfərdən ibarət 11 ailəköçürülüb.
Bildirilib ki, onlar uzun illər respublikanın müxtəlifbölgələrində, xüsusilə yataqxana, sanatoriya və inzibati binalardamüvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Bu gün Seyidbəyliyə qayıdan sakinlərə mənzillərin açarlarıtəqdim edilib.
Qeyd edək ki, əvvəlki mərhələlərdə kəndə 27 ailə, yəni 91 nəfərköçürülüb.