AZ

Bölgə klubunun pulu ödənilmədi, prezident hərəkətə keçdi

“Ordu” klubu ilə “Qəbələ” arasında ciddi narazılıq yaranıb.

Səbəb Birinci Liqa klubunun bölgə klubuna olan borcunu ödəyə bilməməsidir.

Söhbət 32 min manatdan gedir.

Bəs bu borcun yaranma səbəbi nədir?

Kökləri mövsüm öncəsi fasiləyə təsadüf edir.

“Hərbiçilər” təlim-məşq toplanışını Qəbələ şəhər stadionunda keçirib və ödəniş etməyib.

Üzərindən aylar ötüb, amma aşağı liqa təmsilçisindən səs çıxmayıb.

Sonda məsələyə birbaşa bölgə klubunun prezidenti Fariz Nəcəfov müdaxilə edib.

Onun müdaxiləsi qarşı tərəfdə çaxnaşmanı artırıb, amma puldan hələ də xəbər yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
24
sportinfo.az

1Mənbələr