“Real”ın hücumçusu Kilian Mbappenin vəkili Delfin Verheyden məhkəmədə çıxış edərək, onun keçmiş klubu PSJ-nin rəhbərliyini ciddi ittihamlara məruz qoyub.
Ызщкештащ.az xarici KİV-ə istinadən xəbər verir ki, o, parislilərin Mbappedən xəbərsiz danışıqlara təsir göstərdiyini və Səudiyyə Ərəbistanından gəlmiş rekord təklifi ondan gizlətdiklərini bildirib.
Verheyden vurğulayıb ki, Mbappe 12 iyun 2023-cü ildə klub rəhbərliyinə elektron məktub göndərərək müqavilənin müddətini iki ildən artıq uzatmaq niyyətində olmadığını açıq şəkildə deyib.
Ancaq PSJ bu mövqeni ciddiyə almayaraq, məsələnin yalnız maliyyə ilə həll olunacağını düşünüb.
Vəkilin sözlərinə görə, Mbappenin 21 iyul 2023-də komandadan uzaqlaşdırılmasından sonra klubun təzyiqləri daha da artıb.
Futbolçuya aydın şəkildə bildirilib ki, yeni müqaviləyə imza atmayacağı təqdirdə, meydanda şans qazanmayacaq.
Ən qalmaqallı məqam isə Səudiyyə Ərəbistanından gələn astronomik təkliflə bağlı olub.
Verheydenin dediyinə görə, 22 iyulda Səudiyyə Ərəbistanı klublarından biri Mbappenin transferi üçün 300 milyon avro ödəməyə hazır olub və bu təklif 25 iyul gecə yarısına qədər qüvvədə olub. Ancaq PSJ bu barədə futbolçunu məlumatlandırmayıb.
Vəkil bütün bu faktları Mbappenin hüquqlarının pozulması kimi qiymətləndirib və məsələ hazırda məhkəmədə araşdırılır.