AZ

“Vahid Kommunal Xidmətlər” altsisteminin yaradılması ilə bağlı mövcud vəziyyət müzakirə olunub

Bakı. Trend:

14 noyabr tarixində “Texnologiya və innovasiyalar” işçi qrupununtərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahid informasiyasisteminin yaradılması üzrə” Altqrupun növbəti iclasıkeçirilib.

Trend xəbərverir ki, iclasda Komissiya Katibliyinin rəhbərliyi, Altqrupunrəhbəri, üzvləri, həmçinin Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyinin və Energetika Nazirliyinin rəhbər şəxsləri iştirakediblər.

İclasda Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 12avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “ElektronHökumət İnformasiya Sistemi haqqında Əsasnamə”nin 3.2-ci bəndi iləmüəyyən edilmiş “Vahid Kommunal Xidmətlər” altsistemininyaradılması ilə bağlı mövcud vəziyyət, görülmüş işlər müzakirəedilmiş, həmçinin Altqrupun 2026-cı il üzrə Fəaliyyət Planınınplanlaşdırılması müzakirə olunub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müavini Samir Məmmədovaçılış nitqi ilə çıxış edərək mövcud vəziyyət, görülmüş işlərhaqqında məlumatları iclas iştirakçılarının diqqətinə çatdırdı.Samir Məmmədov Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi,“Azəriqaz” İB və “Azərişıq” ASC ilə birgə Rəqəmsal İnkişaf vəNəqliyyat Nazirliyi tərəfindən minimal işlək məhsulun (MVP)hazırlanmasının başa çatdırıldığını, MVP çərçivəsində ilkin məlumatmodelinin və EHİS-in inteqrasiyasının qurulduğunu, modulsəviyyəsində veb interfeys, vahid ödəniş, ad dəyişmə, borcidarəetmə və bildiriş funksiyaların layihələndirildiyinibildirdi.

Energetika nazirinin müavini Samir Vəliyev, müvafiq sahədəhəyata keçirilən islahatlar çərçivəsində yaradılması nəzərdətutulan və mühüm yenilik olan “Vahid Kommunal Xidmətlər”altsisteminin əhəmiyyətindən danışdı. O, Azərbaycan RespublikasıPrezidentinin 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilətəsdiq edilmiş EHİS-in Əsasnaməsinə uyğun olaraq “Vahid KommunalXidmətlər” altsisteminin operatoru funskiyasını həyata keçirəcəkqurum qismində Energetika Nazirliyinin vəzifələrininmüəyyənləşdirilməsi məqsədilə müvafiq altqrupda təmsil olunanEnergetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini TənzimləməAgentliyinin nümayəndələrinin də iştirakı ilə müzakirələrinkeçirilməsinin faydalı olacağını bildirdi. Keçiriləcək görüşlərdəaltsistemin formalaşdırılması istiqamətində 2026-cı il üçün YolXəritəsinin hazırlanması məqsədilə adıçəkilən Agentlik tərəfindənaidiyyəti üzrə təkliflərin təqdim ediləcəyini bildirdi.

Azərbaycan Respublikası Prezident Administrasiyasının İqtisadisiyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatlarınmonitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiriVüsal Şıxalıyev çıxış edərək “Vahid Kommunal Xidmətlər”altsisteminin yaradılması istiqamətində görülən işlərin uğurlaaparıldığını, qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətindəəsas nəticəyə nail olunması istiqamətində mühüm addımlar atıldığıbarədə iclas iştirakçılarına məlumat verdi. O, Altqrupun 2026-cıilə üzrə Fəaliyyət Planının hazırlanmasına başlanılmasınızərurətini qeyd etdi.

Məlumat üçün qeyd edək ki, Biznes Mühiti və BeynəlxalqReytinqlər üzrə Komissiyanın “Texnologiya və innovasiyalar” İşçiqrupunun tərkibində yaradılmış “Kommunal xidmətlərlə bağlı vahidinformasiya sisteminin yaradılması üzrə” Altqrupuna rəhbərliyiRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Seçilən
10
16
az.trend.az

10Mənbələr