Bakı. Trend:
Vətən müharibəsində şanlı Zəfərin 5 illiyi münasibətilə şəhid vəqazi övladlarının İstanbul şəhərinə səfəri başa çatıb.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Xatırladılıb ki, iştirakçılar Türkiyə Respublikasının qurucusuMustafa Kamal Atatürkün Anım mərasimində, şəhid Anıl Kaan Aybekadına məktəbdə keçirilən xatirə tədbirində iştirak edib, eləcə dəGaziosmanpaşa Kaymakamlığında görüş keçiriblər.
Bildirilib ki, səfər çərçivəsində daha bir görüş GaziosmanpaşaKızılay şöbəsində İstanbul Valisi Davut Güllə olub. Görüş zamanıiki ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişafetdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Azərbaycan vəTürkiyə şəhid və qazi övladlarının bu kimi görüşlərinin xalqlarımızarasında sarsılmaz birliyin göstəricisi olduğu vurğulanıb. Buəməkdaşlığın gələcəkdə də qarşılıqlı səfərlərin təşkil olunacağıbildirilib. Gaziosmanpaşa kaymakamlığında iştirakçılara sertifikatvə hədiyyələr təqdim edilib.
Onlar İstanbulda Yerəbatan Sarnıcı muzeyində, Topqapı sarayında,Dolmabahçe sarayında, Ayasofya Camisində olublar. Bununla yanaşıBeşiktaş stadion turu, Üsküdar sahildə gəzinti, İstanbul boğazındagəmi ilə səyahət təşkil edilib.
Qeyd edək ki, səfər zamanı Vətən müharibəsinin şəhid vəqazilərinin övladlarını Azərbaycan Respublikasının Diasporla İşüzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev,Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktoru ƏkrəmAbdullayev, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının (TADEF)sədr müavini Pərviz Məmmədzadə, “YAŞAT” Fondunun məsul əməkdaşıAqşin Balahəsənli müşayiət ediblər.
Bu səfər şəhid və qazi övladlarının qardaş Türkiyə ilətanışlığı, həmçinin Vətən müharibəsi qəhrəmanlarının ailələrinəgöstərilən diqqət və qayğının daha bir nümunəsi kimidəyərləndirilir.