Bakı. Trend:
NASA 2026-cı ilin aprelindən gec olmayaraq Ayın ətrafına pilotlu"Artemis II" missiyasını göndərəcək.
Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə ABŞ Kosmik Agentliyininsaytında dərc olunan məlumatda bildirilir.
“Artemis II missiyasının buraxılışı 2026-cı ilin əvvəlindənəzərdə tutulur. Sınaq uçuşu zamanı NASA astronavtları Rid Uayzman,Viktor Qlover, Kristina Kox və Kanada Kosmik Agentliyininastronavtı Ceremi Hansen təxminən 10 günlük Ay ətrafı səyahətedərək geri qayıdacaqlar”, – deyə məlumatda qeyd olunur.
Bundan əvvəl “ArsTechnica” nəşri, NASA-nın “Artemis II”missiyası çərçivəsində astronavtlarla birlikdə Ay istiqamətinə“Integrity” adlı kosmik gəmini göndərəcəyi barədə məlumatyaymışdı.