AZ

Azərbaycanda bəzi saytların fəaliyyətində yaranmış fasilə ilə bağlı XƏBƏRDARLIQ

Bakı.Trend:

“Cloudflare” antiddos xidmətindən istifadə edən bəzi informasiyaehtiyatlarının fəaliyyətində yaranmış fasilə ilə bağlı bildiririkki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti(XRİTDX) tərəfindən aparılmış monitorinq nəticələrinə əsasən,sözügedən dayanmanın AzStateNet şəbəkəsinə və GOV.AZ zonasıdomenlərinə hər hansı təsiri qeydə alınmamışdır.

Trend xəbərverir ki, bu barədə XRİTDX məlumat yayıb.

Bildirilib ki, təhlükəsizliyi XRİTDX tərəfindən təmin olunandövlət informasiya ehtiyatları və AzstateNet şəbəkəsi lokalmühafizə sistemləri ilə təmin edilərək 24/7 monitorinq olunur.

“Cloudflare” kimi xarici xidmət operatorlarından istifadə edənvə trafiki xaricə yönəldilmiş informasiya ehtiyatları sahiblərinətrafik axının ölkə xaricinə daşınmasının təhlükəli tərəfləri vəmümkün risklərinin nəzərə alınması tövsiyə edilir.

Məqalədə:
Seçilən
55
17
az.trend.az

10Mənbələr