AZ

Azərbaycan bərpa olunan enerji mənbələrinə 1 milyard dollardan çox investisiya cəlb edib - Vüqar Bayramov

Bakı. Trend:

Azərbaycan fəal şəkildə innovativ enerji mənbələrinə keçid edirvə bərpa olunan enerji (BOE) sektoruna 1 milyard ABŞ dollarındançox xarici investisiya cəlb edib. Bundan başqa, 2027-ci ilin sonunaqədər Avropaya genişmiqyaslı “yaşıl enerji" ixracına başlanılmasıplanlaşdırılır.

Trend xəbər verirki, bunu Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişafMərkəzinin sədri Vüqar Bayramov Bakıda keçirilən Azərbaycan-ABŞbeyin mərkəzlərinin I forumunda çıxışında deyib.

Vüqar Bayramov vurğulayıb ki, Azərbaycan Avropa İttifaqı iləəməkdaşlığını fəal şəkildə genişləndirir, ənənəvi resurslardan dahainnovativ mənbələrə keçid edir və kapital cəlb olunması sahəsindəəhəmiyyətli nailiyyətlər əldə edib. O qeyd edib ki, bərpa olunanenerji sektoruna daxil olan xarici investisiyaların həcmi 1 milyardABŞ dollarından çoxdur.

“Bu o deməkdir ki, Azərbaycan daha çox "yaşıl enerji" istehsaletməyə, eləcə də bərpa olunan mənbələrdən əldə olunan enerjininAvropa bazarına ixracını artırmağa hazırlaşır”, – deyə obildirib.

Deputat əlavə edib ki, Azərbaycan 2027-ci ilin sonuna qədərAvropa bazarına “yaşıl enerji" ixrac etməyi hədəfləyir.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr