AZ

Rusiya inkişaf etməkdə olan ölkələrin Yerin yaxın orbitinin çirklənməsinə qarşı mübarizəsini dəstəkləyir - Nazir müavini

Bakı. Trend:

Rusiya Yerin yaxın orbitinin çirklənməsinə qarşı mübarizədəinkişaf etməkdə olan ölkələrin təşəbbüslərini dəstəkləyir.

Trend xəbərverir ki, bunu Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvikommunikasiya nazirinin müavini Qriqori BorisenkoBakıda keçirilənÜmumdünya Telekommunikasiya İnkişafı Konfransında (WTDC-25)çıxışında deyib.

Onun sözlərinə görə, rəqəmsal texnologiyaların sürətli inkişafıyeni tələblər formalaşdırır və həm inkişaf etmiş, həm də inkişafetməkdə olan ölkələrin ehtiyaclarını nəzərə almaq vacibdir:

"Biz süni intellekt, metakainat, böyük məlumatlar və digər bukimi qabaqcıl istiqamətlərin öyrənilməsini fəal şəkildədəstəkləyirik. Texnoloji tərəqqi qlobal bərabərsizliyidərinləşdirməyə yox, aradan qaldırmağa xidmət etməlidir. Biz əminikki, texnoloji inkişaf bərabərsizliyin artırılması üçün yox,azaldılması üçün vasitə olmalıdır".

Nazir müavini vurğulayıb ki, Rusiyanın prioriteti hər bir ölkəüçün açıq, təhlükəsiz və faydalı olacaq gələcəyin texnolojimühitini formalaşdırmaqdır:

"Bizim əsas prioritetimiz gələcəyin etibarlı texnoloji dünyasınıyaratmaqdır — hamı üçün açıq, təhlükəsiz və faydalı bir dünya".

Kosmik məkanın təhlükəsizliyi məsələsinə toxunan Borisenko qeydedib ki, Rusiya inkişaf etməkdə olan ölkələrin Yerin yaxınorbitinin çirklənməsinə qarşı mübarizə təşəbbüslərinidəstəkləyir:

"Bu istiqamət kosmosu gələcək nəsillər üçün təhlükəsiz mühitkimi qorumağa, rabitə və naviqasiya üçün vacib olan aktiv peyksistemlərini müdafiə etməyə xidmət edir. Biz, həmçinin,orbit-frekans resursunun bərpasına dair qətnaməni də dəstəkləyirik.Bu qətnamə orbitin istifadə olunmayan peyklərdən və spekulyativmüraciətlərdən təmizlənməsinə, eləcə də inkişaf etməkdə olanölkələr üçün bərabər imkanların yaradılmasına kömək edəcək", – deyəo əlavə edib.

Məqalədə:
Seçilən
35
2
az.trend.az

3Mənbələr