Azərbaycan U-19 yığması Maltalı həmyaşıdları ilə qarşılaşıb.

Offsideplus.az xəbər verir ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən oyunda milli komandamız qalib gəlib - 2:1.

U-19-a qələbə gətirən qolları Nadir Orucov və Şahismayıl Cəfərov imza atıb.

Azərbaycan bu qələbə ilə 4 komandalıq qrupu 3-cü yerdə başa vurub.