AZ

Elvin və Toralın vəziyyəti ilə bağlı açıqlama

Azərbaycan millisinin heyətindən çıxarılan "Qarabağ"ın futbolçuları Elvin Cəfərquliyev və Toral Bayramovun durumuna aydınlıq gəlib.

Milli.Az xəbər verir ki, bu barədə oxu.az-a klubun Kommunikasiya Departamentinin rəhbəri Anar Hacıyev məlumat verib.

O, bildirib ki, hər iki müdafiəçinin vəziyyəti normaldır və bu gündən etibarən tədricən məşqlərə qoşulublar.

Qeyd edək ki, Elvin Cəfərquliyev DÇ-2026-nın seçmə mərhələsində İslandiya (0:2) və Fransa (1:3) ilə oyunları yüksək hərarət səbəbindən buraxmalı olub.

Toral Bayramov isə İslandiyaya qarşı matça start heyətdə başlasa da, Fransa ilə oyundan öncə keçirilən məşqdə zədələnərək millinin düşərgəsini tərk etmişdi.

Milli.Az

Seçilən
43
1
milli.az

2Mənbələr