İtaliyanın iki nəhəngi – “İnter” və “Milan” “Lids Yunayted”in qapıçısı İlan Melyeni transfer etmək istəyir.
İdmanxeber.az-ın məlumatına görə, 25 yaşlı fransalı qolkiperin müqaviləsi 2026-da bitir və klub onu yanvarda endirimlə satmağa hazırdır.
Qapıçı axtarışında olan “İnter”də Zommerin yaşı, “Milan”da isə Menyanın müqaviləni uzatmamaq istəyi bu addımı sürətləndirir.
Melye bu mövsüm “Lids”də meydana çıxmayıb.