Qəsəbəmiz 1980-ci ildən qoruq elan olunub
“İki sahil” xəbər verir ki, bunu “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğunun direktoru Nəzər Əliyev Dövlət Turizm Agentliyinin tabeliyindəki Qoruqları İdarəetmə Mərkəzinin tabeliyindəki “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğuna təşkil olunan mediatur zamanı deyib.
O qeyd edib ki, burada yüzdən çox tarixi abidə mövcuddur: Qədim yaşayış evləri, məscidlər, su dəyirmanı, bulaqlar, tikililər və sair. Qoruğun əsas vəzifəsi bu abidələrin qorunmasıdır".
O söyləyib ki, biz yalnız ayrı-ayrı abidələri deyil, bütün ərazini kompleks şəkildə mühafizə edirik.
Direktor qeyd edib ki, hazırda qəsəbədə təxminən 2000 nəfər yaşayır: "Lakin rəsmi məlumatlara əsasən, 1939-cu ildə – II Dünya müharibəsindən əvvəl – burada 18 minə yaxın əhali olub. O vaxt mövcud daş tikililər, yaşayış evləri və məscidlər böyük bir əhaliyə xidmət edib. Bu gün isə kənddə təqribən 2000 nəfər yaşayır.
Ümumilikdə qəsəbədə tarixən 7 məscid mövcud olub. Onlardan 5-i bu günə qədər salamat qalıb. İki məscid isə II Dünya müharibəsi illərində baxımsızlıq səbəbindən dağılıb, çünki həmin məscidlərin dam örtüyü torpaqdan ibarət olduğundan zamanla uçub.