AZ

Əhalinin NƏZƏRİNƏ: Kəskin respirator xəstəliklərdən belə qorunmalısınız

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Mövsümün gəlişi ilə viruslar aktivləşir və sürətlə yayılır. Bu dövrdə tənəffüs yollarının zədələnməsi ilə müşayiət olunan xəstəliklərin sayı artır. Respirator infeksiyalar əvvəlcə virus mənşəli olur, daha sonra 3–5 gün ərzində bəzən bakterial infeksiyalarla ağırlaşa bilər. Pnevmoniya, otit, sinusit və digər bakterial ağırlaşmalar buna misaldır".Bunu Demokrat.az-a açıqlamasında infeksionist Şahvələd Məmmədov deyib.O, bildirib ki, bunların qarşısını almaq üçün əsas tədbirlərdən biri həyat tərzidir:"İnsanlar mövsümə uyğun geyimə diqqət yetirməli, meyvə və tərəvəzlərdən bol istifadə etməli, su və digər mayeləri kifayət qədər qəbul etməlidirlər. Risk qruplarına əsasən 5 yaşa qədər uşaqlar və 65 yaşdan yuxarı insanlar daxildir. Pediatrların tövsiyəsinə görə, uşaqlar profilaktik peyvəndləri vaxtında almalıdır, yaşlılar isə payız və yaz mövsümlərində peyvəndlənməlidirlər".Onun sözlərinə görə, qrip əleyhinə vaksin xüsusilə ağır xroniki xəstəliyi olan insanlara tövsiyə olunur:"COVID-19 dövründə vaxtında vaksin alan şəxslər xəstəliyə qarşı qorunmuş və yoluxmaların sayı azalmışdır. Profilaktik olaraq virusların çox yayıldığı dövrlərdə kütləvi toplantılarda ehtiyatlı olmaq, uşaqları məktəb və baxçalarda qorumaq, xəstələnərkən qoruyucu vasitələrdən istifadə etmək və əllərin gigiyenasına diqqət yetirmək vacibdir".Ekspert bildirib ki, hazırki respirator virusların gedişatı əvvəlkilərdən fərqlidir:"COVID-19-un ağır halları nadir müşahidə olunur, Amikron ştamı yayılmışdır. Digər respirator virus infeksiyalarında boğazda qızartı olmaya bilər, lakin qıcıqlanma, qusma və aktın pozulması kimi əlamətlər müşahidə olunur. Bu, indiki virusların xüsusiyyətidir və xəstəlik bəzən qəribə təzahürlərlə özünü göstərir".Əfsanə Kamal

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
demokrat.az

1Mənbələr