AZ

İspaniya klubu futbolçusu üçün "Tottenhem"dən 60 milyon avro tələb edir

Bakı. Trend:

"Real Sosyedad"ın futbolçusu Takefusa Kubo karyerasını İngiltərəPremyer Liqasında davam etdirə bilər.

Trend xəbərverir ki, "Tottenhem" yaponiyalı vingeri transfer etməkistəyir.

İspaniya klubu futbolçusunu satmağın əleyhinə deyil. Lakin onlar24 yaşlı ön xətt oyunçusu üçün 60 milyon avro tələb edirlər.

Qeyd edək ki, "Real Sosyedad" Takefusa Kubonu 2022-ci ilinyayında Madrid "Real"ından transfer edib. Yaponiya millisinin üzvübu mövsüm "La Liqa" təmsilçisinin heyətində meydana çıxdığı 10rəsmi matçda 1 qol vurub.

Məqalədə:
Seçilən
14
az.trend.az

1Mənbələr