AZ

Derbi statusunu itirib: “Qarabağ” ardıcıl 10-cu qələbəsini qazandı - REPORTAJ

Qarabağ (Ağdam) - Neftçi (Bakı) 2:0 (0:0)
1. Şahruddin Məhəmmədəliyev - 6,5
27. Toral Bayramov - 6,5
81. Kevin Medina - 6,5
3. Sami Mmae - 6,0
18. Dani Bolt - 6,5
(2. Mateus Silva, 78) - qiymətsiz
35. Pedro Bikalyo - 6,5
6. Kris Kuaku - 6,5
(8. Marko Yankoviç, 70) - 5,0
10. Abdulla Zubir - 7,0
11. Emmanuel Addai - 6,5
(44. Elvin Cəfərquliyev, 90) - qiymətsiz
15. Leandro Andrade - 6,5
(17. Kamilo Duran, 70) - 5,5
7. Nəriman Axundzadə - 5,5
(21. Aleksey Kaşuk, 78) - qiymətsiz
Ehtiyat oyunçular
99. Mateus Silva
97. Fabian Buntiç
55. Bədavi Hüseynov
30. Abbas Hüseynov
77. Ramil Şeydayev
13. Bəhlul Mustafazadə
9. Xoni Montiel
Baş məşqçi: Qurban Qurbanov
Komandanın ən yaxşısı: Abdulla Zubir

13. Kenan Piriç - 6,5
24. Mustafa Sek - 5,5
5. İqor Ribeyro - 5,0
15. Elvin Bədəlov - 4,5
77. Falaye Sako - 5,0
6. Sessi D’Almeyda - 5,0
(7. Emil Səfərov, 87) - qiymətsiz
18. İfeanyi Metyu - 6,0
10. Freddi Varqas - 5,5
8. Emin Mahmudov (k) - 5,0
(23. Cordan Rezabala, 46) - 5,5
11. İmad Faraj - 6,0
(22. Luis Ortis, 79) - qiymətsiz
45. Vensan Abubakar - 5,5
(9. Bassala Sambu, 76) - qiymətsiz
Ehtiyat oyunçular
1. Emil Balayev
93. Rza Cəfərov
4. Elvin Camalov
19. Ağadadaş Salyanski
47. Murad Məmmədov
27. Kristian Kostin
28. Alessia Kurçi
Baş məşqçi: Samir Abasov
Komandanın ən yaxşısı: Kenan Piriç

Qollar: T.Bayramov, 50-p. (1:0). K.Duran, 84 (2:0, A.Zubir).
Vərəqələr: F.Sako, 59 (qeyri-idman hərəkəti). D.Bolt, 50 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Fərid Hacıyev (Bakı).
VAR hakiminin köməkçisi: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev (Bakı).
AFFA nümayəndəsi: Erkin Hüseynov (Bakı).
9 noyabr. Bakı. “Azərsun Arena”. 4677 tamaşaçı (4677 yerlik).
Oyunun qiyməti: 7,0.

Sonuncu dəfə 2021-ci ilin mayında “Qarabağ”a qalib gələn və çempionluğu bayram edən “Neftçi” həmin vaxtdan bəri Azərbaycan derbisində qələbəyə həsrət idi. Ən müxtəlif mülahizələr əsasında seriyanın, nəhayət, bu oyunda qırılacağını düşünən çox idi. Amma nə oldu? Heç nə! “Qarabağ” bakılılar üzərində ardıcıl 10-cu qələbəsini qazandı.

Təbii ki, matça maraq böyük idi. Biletlərin, demək olar ki, satışa çıxarılan kimi tükənməsi də bütün ölkənin bu oyunu həvəslə gözləməsindən xəbər verirdi.
Oyun “Qarabağ”ın təzyiqi ilə başladı. Elə ilk dəqiqədə Leandro qola çox yaxın idi. Lakin həm Sek imkan vermədi, həm də yan xətt hakiminin bayrağı havada idi. İlk 10 dəqiqədə rəqibi meydanın özünə aid hissəsinə sıxışdıran ağdamlılar real qol vəziyyətləri yarada bilmirdi. 13-cü dəqiqədə künc zərbəsindən qayıdan topa Sessi elə zərbə endirdi ki, “çaya baxıb, aya vurdu” ifadəsi yada düşdü. 19-cu dəqiqədə isə Toral hesabı açmağa yaxın oldu. Onun cərimə zərbəsindən sonra qapıya endirdiyi zərbə dirəyin azacıq yanından keçdi. 25-ci dəqiqədə Abubakar səhnəyə çıxdı. Vensan Farajın ötürməsindən sonra topu yaxın küncdən “çərçivə”yə göndərə bilmədi. 5 dəqiqə sonra qapıdan təxminən 30 metrdən Addainin zərbəsi elə alındı ki, Sessinin halına şükür etdik. 35-ci dəqiqədə Nəriman diqqətləri üzərinə çəkdi. Demək olar ki, təkbətəki qaçırdı. Qapı tiri onun hesabı açmasına mane oldu. 41-ci dəqiqədə bakılılar qola yaxınlaşdı. “Qarabağ” müdafiəsinin səhvindən istifadə edən Varqas topu Metyuya ötürdü. Onun zərbəsi təhlükəli olsa da, hədəfdən uzaq düşdü. Dəqiqələr 44-45-i göstərəndə oyunun ən baxımlı məqamı yaşandı. Əvvəlcə “Xudayar təsnifi” səsləndi. Sonra “İmarət Tayfa” və “Forza Neftçi” birlikdə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirdi.

İkinci hissə başlayan kimi “Qarabağ” hesabı acid. 48-ci dəqiqədə cərimə meydançası daxilində Bolta qarşı kobud oynayan Varqas rəqibə penalti qazandırdı. Toralın belə vacib oyunda penaltini qaçıracağı inandırıcı deyildi. 52-ci dəqiqədə Piriç çox kobud səhvə yol verdi. Təhlükəli nöqtədə topu düz rəqibin ayağına verdi. Topu ələ keçirən Zubir Leandro ilə oynadı. Onun zərbəsindən sonra Piriç topu çıxardı, səhvini düzəltdi. Bir dəqiqə sonra Medina uzaqdan şansını sınasa da, “çərçivə”yə düşə bilmədi. 55-ci dəqiqədə Rezabala qola çox yaxın oldu. Gözlənilməz anda cərimə zərbəsindən sonra topu qapıya aşırdı. Şahruddin topu çətinliklə çıxara bildi.

Addai 67-ci dəqiqədə qapını yoxladı, Piriç inamlı oynadı. 72-ci dəqiqədə isə Zubirin zərbədi qapıdan yan keçdi. 4 dəqiqə sonra hesab bərabərləşə bilərdi. Standart vəziyyəti “ev tapşırığı”na uyğun yerinə yetirən “Neftçi”nin qoluna Şah mane oldu. Sessinin qüvvətli zərbəsi düz üstünə gəldi. 84-cü dəqiqədə əks-hücuma çıxan “Qarabağ” hesab arasındakı fərqi artırdı. Əvvəlcə Ribeyronun, sonra isə Elvinin çox kobud səhvindən sonra Zubir topu Durana ötürdü və hesab 2:0 oldu.

Gözdən qaçmadı
* Hakimin start fitindən 30 dəqiqə keçmişdi, minə yaxın “Neftçi” azarkeşi hələ də stadiona buraxılmamışdı.
* Şimali Kiprdən üç media nümayəndəsi Zəfər Paradına görə Bakıya gəlmişdi. “Bakıya gəlmişkən, “Qarabağ”ın da oyununu izləyək” deyən həmkarlarımız da oyunu jurnalist kimi izləyənlər arasında idi.
* PFL-in protokolund 4677 yazılsa da, əslində oyunu izləyənlərin sayı daha çox idi. Pilləkənlərdə xeyli azarkeş oturmuşdu. Şəhid Xudayar Yusifzadənin anası da oyunu izləyənlər arasında idi.

Seçilən
24
1
football-plus.az

2Mənbələr