AZ

Azərbaycan yığmasının “Şah”ı bir neçə ay oynamayacaq - VİDEO

Azərbaycan yığmasının Fransaya qarşı keçirdiyi matçda zədələnən apıçısı Şahruddin Məhəmmədəliyev 2-3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

O bildirib ki, 31 yaşlı çərçivə qoruyucusunun sol bud çanağında zədəsi var.

Şahruddin Məhəmmədəliyev DÇ-2026-nın seçmə mərhələsində millimizin Fransaya 1:3 hesabı ilə uduzduğu oyunda zədələnmişdi və qarşılaşmanın fasiləsində Aydın Bayramovla əvəzlənmişdi.

Seçilən
26
sportinfo.az

1Mənbələr