AZ

Qəzadan xilas olmaq istədi, digər avtomobilin altında qalıb öldü Fotolar

ain.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib .

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Quba-Xaçmaz yolunun Barlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 31 yaşlı Abbasov Elnur Mehdi oğlu idarə etdiyi motoblok ilə hərəkətdə olarkən idarəetməni itirib və “Vaz-2107” markalı avtomobilə çırpılıb.

O, özünü xilas etmək məqsədi ilə asfalt örtüyünə tullanıb, bu zaman H.Osmanovun idatə etdiyi “Ford Transit” markalı avtomobilin altında qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı xəstəxanaya çaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Bəsti Məmməd

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
69
4
qafqazinfo.az

6Mənbələr