AZ

"Qarabağ"a meydan oxuyan klubun paylaşımına bu VİDEOda baxın

Premyer Liqanın 12-ci turunun maraqlı görüşlərindən biri Sumqayıtda keçiriləcək.

Milli fasilədən sonra lider “Qarabağ” adıçəkilən şəhərə yollanacaq.

“Sumqayıt”cəbhəsi qarşılaşmanın hazırlığına indidən başlayıb.

Aktivliyi klubun sosial şəbəkə hesablarından sezməmək mümkün deyil.

Biletlər satışa çıxarılıb, azarkeşlərdə görüşə maraq yaratmaq üçün promo video belə hazırlanıb.

Xüsusilə videoda rəqib düşərgəyə atılan atmaca diqqətdən qaçmayıb.

Belə ki, uğurlu çıxışı ilə Avropada adından söz etdirən rəqibin bu mövsüm Premyer Liqada yalnız “Sumqayıt”a məğlub olması qeyd olunub.

“Qarabağ”ın buna hansı cavabı verəcəyini gözləyək...

Ona kimi isə siz aşağıdakı linkə daxil olaraq “Kimyaçılar”ın Ağdam təmsilçisinə meydan oxuyan paylaşımını izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
7
sportinfo.az

1Mənbələr