AZ

"Kəpəz" yeni qapıçısı transfer edib

"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.

Gəncə təmsilçisindən "Ölkə.az"a verilən məlumata görə, "sarı-göylər" qapıçı Yusif İmanovu heyətinə qatıb.

23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.

Qeyd edək ki, İmanov son olaraq Kosovonun "Malişeva" klubu ilə sözləşmə imzalamışdı. O, bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.

Seçilən
64
2
olke.az

10Mənbələr