AZ

Güləşçimiz Həsrət Cəfərov İslamiadada gümüş medal qazanıb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslamHəmrəyliyi Oyunlarında güləş yarışına start verilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu günyunan-Roma güləşi üzrə 4 çəkidə mübarizə baş tutub.

Nihat Məmmədli (60 kq) Komor adaları təmsilçisi Latuf Madiyə tamüstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda son dünyaçempionatının gümüş medalçısı, özbəkistanlı dünya Alişer Qaniyevə(0:3), bürünc medal görüşündə isə iranlı Əli Vəfaya (2:3) məğlubolub.

Həsrət Cəfərov (67 kq) əfqanıstanlı Mohamed Aslam Zadəyə tamüstünlüklə (9:0), qırğızıstanlı Razzak Beyşekeyevə 5:3, misirliMohamed Abdelrehimə isə 4:1 hesabıyla qalib gələrək finalayüksəlib. Həlledici görüşdə iranlı olimpiya və dünya çempionu SəidEsmailiylə qarşılaşan həmyerlimiz ilk hissəni 3:0 hesablıüstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmışrəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8hesabıyla məğlub olub və İslam Həmrəyliyi Oyunlarında gümüş medalıboynundan asıb.

Ülvü Qənizadə (77 kq) təsnifat mərhələsində iranlı Amir Abdiyə(0:9) uduzub. O, təsəlliverici görüşdə tacikistanlı HəbibcanZuhurova 5:3 hesabıyla qalib gəlsə də, bürünc medal görüşündəözbəkistanlı Abdulla Əliyevə sonuncu xal prinsipinə əsasən (2:2)məğlub olub.

İslam Abbasov (87 kq) 1/4 finalda iranlı dünya çempionuQulamreza Faruxisenjaya (0:3), bürünc medal görüşündə isəqırğızıstanlı Asan Janisova (0:9) uduzub.

Güləşçimiz
Güləşçimiz
Güləşçimiz
Güləşçimiz
Güləşçimiz
Seçilən
3
1
az.trend.az

3Mənbələr