"Kəpəz” daha bir futbolçu ilə müqavilə bağladı.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qapıçı ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, İmanov son olaraq Kosovonun “Malişeva” klubunda çıxış edib və Azərbaycan millisində də müəyyən müddət forma geyinib.