AZ

Eyni gündə iki klubla danışıqlar aparıb -

“Tottenhem”in baş məşqçisi Tomas Frank “Mançester Yunayted” və “Çelsi” ilə eyni gündə danışıqlar apardığını xatırladıb.

Sportinfo.az xəbər verir ki, yeni nəşr olunan “Tomas Frank – Premyer Liqa Gündəliyi: Danimarkanın ən məşhur məşqçisinin hekayəsi” adlı kitabında danimarkalı mütəxəssis 24 may 2024-cü ildə, “Brentford”un “sükanı arxasında” olarkən Premyer Liqanın ən yaxşı klubları ilə danışıqlar apardığını etiraf edib.

Əvvəlcə o, Londondakı qarajında ​​“Mançester Yunayted”in ortaq sahibi Cim Ratklifflə görüşüb. Bir neçə saat sonra isə o, dəbdəbəli “Mayfair” otelində “Çelsi” nümayəndələri ilə görüşüb.

Nəhayət, “Mançester Yunayted” Ruben Amorimi, “Çelsi” isə Enzo Mareskanı baş məşqçi təyin edib. Frank isə 2025-ci ilin yayında “Tottenhem”in başına keçib:

“Həmin gün mən dünyanın on ən böyük klubundan ikisi ilə danışıqlar apardım (gülür). İki saat aralığında dünyanın on ən böyük klubundan ikisi ilə görüşmək xüsusi bir şey idi”.

Seçilən
28
sportinfo.az

1Mənbələr